
Dünya
İrəvan Afrika ölkələri ilə əlaqələri genişləndirmək istəyir
“Ermənistan Afrika qitəsindəki diplomatik nümayəndəliklərinin coğrafiyasını genişləndirməyi planlaşdırır”.
Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.
“2024-cü ilə qədər bunu çatdıraçağımıza əmin deyiləm. Bununla belə, artıq Misirdə – Qahirədə diplomatik nümayəndəliyimiz və Efiopiyada daimi nümayəndəliyimiz var”, – o deyib.
“Keniya və Cənubi Afrika Respublikasında diplomatik nümayəndəlik açmağı planlaşdırırıq”, – nazir əlavə edib.