Dünya

İki ölkə Saakaşvilinin müdafiəsinə qalxdı: Azad edilsin!

Ukrayna və Moldova Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili ilə bağlı tələb irəli sürüb.

Jamaz.info xəbər verir ki, Ukrayna XİN-in feysbuk səhifəsində, habelə Moldova prezidenti Maya Sandunun tviter səhifəsində tələblə bağlı paylaşım edilib.

“Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanda dəmir barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixail Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etirazını bildirir. Biz Gürcüstan hakimiyyətini Mixail Saakaşviliyə qarşı sui-istifadəni dərhal dayandırmağa və onu Ukraynaya təhvil verməyə çağırırıq. Siyasi qisas üçün insanın həyatı ilə oynamayın. Biz həmçinin xarici ölkələrə və beynəlxalq təşkilatlara müraciət edirik ki, Gürcüstan hakimiyyətinin siyasi repressiyaları nəticəsində həyatı təhlükədə olan Ukrayna vətəndaşını, Gürcüstanın keçmiş prezidentini açıq şəkildə müdafiə etsinlər”, – Ukrayna XİN-in paylaşımında deyilir.

“Mixail Saakaşvilinin fiziki vəziyyəti son dərəcə narahatedici və kritikdir. Müxalifət liderinin işgəncə ilə öldürülməsi Avropa Birliyinə üzv olmaq istəyən bir ölkə üçün qəbuledilməzdir. Saakaşvili dərhal buraxılmalı və müalicə üçün xaricə göndərilməlidir”, – deyə Maya Sandu tviter səhifəsində yazıb.

Qeyd edək ki, 2021-ci ilin oktyabrından bəri həbsdə olan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib. Onun səhhətində ağır problemlər var.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button