Hansı dünya brendləri Türkiyəyə dəstək vermədi?
Fevralın 6-da baş vermiş zəlzələ ilə bağlı dünyanın müxtəlif yerlərindən Türkiyəyə yardımlar davam edir, lakin bəzi dünya brendlərinin təbii fəlakətdən zərər çəkən insanlara yardım etmədiyi diqqətdən yayınmayıb.
Jamaz.info-nun məlumatına görə, bir sıra dünya brendləri Türkiyəyə heç bir yardım etməyiblər.
Onların sırasına Türkiyə seriallarının da yayımlandığı “Netflix”, yüzlərlə şöbələri olan “Sturbacks”, “Spotify”, “Redd Bull”, “Hennes & Mauritz”, həmçinin “Samsung Türkiye”, “Disney +” və digər şirkətlər də var.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 14 351 nəfərə çatıb. Yaralı sayı 62 937 nəfərdən çoxdur.