Dünya
Gürcüstanın bu bölgəsində 60 günlük karantin elan olundu
Gürcüstanın Kvemo Svaneti bölgəsinin Ambrolauri bələdiyyəsinin ərazisində 60 günlük karantin elan edilib.
Jamaz.info xəbər verir ki, buna səbəb itlərdə quduzluq faktı aşkar olunmasıdır.
Karantin müddətində ev heyvanları tam izolyasiya edilib.
Qeyd edək ki, ilk quduzluq faktı martın 14-də Kvartsxuti kəndində qeydə alınıb. Xəstəlik sonra daha iki kənddə qeydə alınıb. Ambrolauridəki aqrar yarmarka da bağlanıb.
Ambrolauri bələdiyyəsində biri şəhər olmaqla, 70 yaşayış massivində 10 mindən çox insan yaşayır.