
Dünya
Gürcüstanda iqtidar deputatları istefa verir
Gürcüstan parlamentinin hakim “Gürcü arzusu”ndan olan bir neçə deputatı vəzifəsini tərk edir.
Jamaz.info “Sputnik Georgia”ya istinadən xəbər verir ki, söhbət maliyyə və büdcə komitəsinin sədri İrakli Kovzanadze və deputat Vladimir Çaçibaiadan gedir.
Bildirilib ki, onlar artıq prosedurla bağlı məsələlər üzrə komitəyə rəsmi müraciət ediblər. Səbəb açıqlanmayıb.
Hazırda parlamentin vitse-spikeri, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Daimi Parlament Şurasının sədri David Sergeyenkonun partiyanı tərk edə biləcəyi də müzakirə olunur.