
Dünya
Güclü zəlzələ baş verdi
İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Jamaz.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 10 min insanın yaşadığı Tobelo şəhərindən 239 km şimal-qərbdə yerləşib.
Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur.