Dünya

Fransa öz vasitəçiliyini gözdən salıb – Zaxarova

Paris Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb.

Jamaz.info “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Moskvada uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur.

“Ermənistana şübhəli avropalı müşahidəçilər missiyasının göndərilməsi ilə ATƏT-in Minsk Qrupunun dağılmasında Parisin də rolu olub. Bu nümayişkaranə addımlar tərəflərə kömək etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və öz məqsədlərinə çatmaq məqsədi daşıyır”, – XİN rəsmisi bildirib.

O, Makronun Qarabağ məsələsi ilə bağlı mövqeyi ilə bağlı açıqlamalarını “pafos” adlandırıb və qeyd edib ki, Parisdə konkret nəticə yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button