Dünya
Ermənistanın yeni ombudsmanı bu qadın olacaq
Ermənistanda ombudsman vəzifəsinə hakimiyyətin yeni namizədinin kimliyi müzakirə olunur.
Jamaz.info xəbər verir ki, “Hraparak” qəzeti öz mənbələrinə istinadən əmək nazirinin müavini Tatevik Stepanyanın bu vəzifəyə təyin olunacağını yazıb.
Qəzet qeyd edir ki, 40 yaşlı namizəd 2020-ci ilə qədər geyim mağazalarından birində menecer işləyib.
“Həmçinin onun bioqrafiyasında müxtəlif kurslar və ictimai fəaliyyətlər var”, – deyə “Hraparak” yazıb.
Qeyd edək ki, Ermənistanın sabiq ombudsmanı Kristine Qriqoryan dünən istefa verib.