
Dünya
Ermənistanın müdafiə naziri Hindistana getdi
Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün Hindistana səfər edib. JAMAZ.İNFO xəbər verir ki, səfər barədəgeniş açıqlama verilmir.
Lakin bir neçə gün bundan əvvəl Ermənistanın Hindistandan silah alacağı, onların növləri barədə məlumat yayılmışdı. Həmin məlumatlardan belə anlaşılırdı ki, bu silahlar yeni nəsil təşkil edir və İrəvan həmin silahları əldə etməklə ordusunu gücləndirməyi düşünür. Bu prizmadan baxdıqda Papikyanın Dehliyə səfər etməsinin məhz silah alış-verişi ilə bağlı olduğunu demək elə də çətin məsələ deyil.