Dünya

Ermənistanda bir hərbi hissə karantinə alındı: “Əsgərlər ölüm vəziyyətindədir”

İki gün öncə Ermənistanın Çəmbərək rayonunda yerləşən hərbi hissələrdən birinə giriş və çıxış qadağan edilib. Ardından isə həmin hərbi hissə karantinə alınıb. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb sözügedən hərbi hissədə qulluq edən erməni əsgərlər arasında xəstəliyin yayılmasıdır.

Yerli medianın verdiyi xəbərdə qeyd edilir ki, əsgərlərdə kəskin respirator xəstəliklərlə yanaşı, çoxsaylı pnevmoniya halları da aşkarlanıb. “Hərbi hissə rəhbərliyi temperaturu 40 dərəcəyə çatmayan xəstələri xəstəxanaya yerləşdirməyi qadağan edib. Bir çox əsgərlərin isə ölüm vəziyyətində olduğu bildirilir”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edib. Lakin əsgər valideynləri erməni mətbuatına təsdiq ediblər ki, onları övladları ilə görüşə buraxmırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button