Dünya
Ermənistanda 2-ci dəfə ombudsman əvəzi təyin olundu
Ermənistanda ombudsman səlahiyyətlərinin icraçısı qismində ikinci dəfə kadr təyinatı gerçəkləşdirilib.
Jamaz.info xəbər verir ki, bu barədə “Hraparak” yazıb.
Bildirilib ki, bundan əvvəl cinayət mühakiməsi orqanları və silahlı qüvvələr sferasında insan hüquqları üzrə departamentin rəhbəri olmuş 28 yaşlı Qrant Cilavyan ombudsmanı əvəz etməyə başlayıb. Bu, ombudsmanın istefasından sonra ikinci əvəzedici təyinatıdır.
Lakin ilk ombudsman əvəzi olan mülki hüquqlar üzrə departamentin rəhbəri Vladimir Hovanisyanın vəzifədən nə vaxt və hansı səbəbdən kənarlaşdırıldığı barədə məlumat verilməyib.
Qeyd edək ki, sabiq ombudsman Kristine Qriqoryan Ali Məhkəmə Şurasının üzvlüyünə təyinat aldığı üçün ötən ay istefa vermişdi.