Dünya

Ermənistan parlamenti Gürcüstanla sazişi təsdiqlədi

Ermənistan parlamentinin müvafiq komissiyası sərhədlərin qarşılıqlı keçidi haqqında saziş layihəsini təsdiqləyib.

Jamaz.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, söhbət sərhədin şəxsiyyət vəsiqəsi ilə keçilməsini nəzərdə tutan sazişdən gedir.

Hakim partiyadan olan deputat Qurgen Arsenyan bildirib ki, Ermənistan qonşuları ilə effektiv dinc yanaşı yaşama sxemi qura bilər və qurmalıdır.

“Bu nöqteyi-nəzərdən Gürcüstanla münasibətlər ən yaxşı “pilot layihə”yə çevrilə bilər və biz digər qonşularla belə bir rejimə can atmalıyıq”, – deyə o vurğulayıb.

Gürcüstan parlamenti artıq müqavilə layihəsini qəbul edib. Saziş ölkə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button