
Dünya
Ermənistan Hindistandan daha bir silah alır: “Konkurs-M”
Ermənistanın Hindistan istehsalı olan “Konkurs-M” tank əleyhinə idarə olunan raketlər alacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Dehli mətbuatı yazıb.
Həmin məlumata görə, Hindistanın “Bharat Dynamics Limited” şirkətinin istehsalı olan “Konkurs-M” tank əleyhinə idarə olunan raketlər Ermənistana silahlı qüvvələrinin təchiz edilməsi proqramı çərçivəsində veriləcək.
Qeyd edək ki, “Konkurs-M” mobil tank əleyhinə raket sistemi dinamik mühafizə ilə təchiz edilmiş müasir zirehli texnikaları, sabit atəş nöqtələrini, mobil və stasionar kiçik ölçülü yer və üzən hədəfləri, alçaqdan uçan helikopterləri və digər hədəfləri vurmaq üçün nəzərdə tutulmuş silahdır.