
Dünya
Erməni generallar arasında dava: Bir birlərinə stul və külqabı atdılar
Ötən həftə Ermənistan Müdafiə Nazirliyində biabırçı hadisə yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, həmin gün Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahında qərargah rəisi general Artak Ddavtyan və müavini Arşak Karapetyan arasında mübahisə baş verib.
Belə ki, mübahisə sonradan dava-dalaşa çevrilib. Artak Davtyan əvvəlcə Karapetyana yumruq atıb. Sonra isə tərəflər bir birlərinə stul və külqabı tullayıblar. «Joxovurd” qəzetinin yaydığı məlumata görə, sözügedən mərəkədən sonra dava-dalaş koridorda davam edib.
Qeyd edilir ki, iki general arasında davanın konkret səbəbi bilinmir.