Erməni ekspert Paşinyanı “donuz” adlandırdı
Erməni politoloq Vahaq Aleksanyan Ermənistanın baş naziri Nikol Paşinyanı “donuz” adlandırıb. JAMAZ.İNFO xəbər verir ki, o, yerli mediaya açıqlamasında baş nazirin ciddi səhvlər etdiyini deyib.
Aleksanyan vurğulayıb ki, Ermənistanın addımları başına bəla olacaq. “Bu donuz bilirmi ki, Azərbaycan Ermənistanı revanşizmdə ittiham edərək, “Qərbi Azərbaycan Mühacirət Hökuməti” qurmaq istəyir? Yəni, Bakı bu donuzların əksinə olaraq təmkinli deyil”.
O daha sonra deyib: “Həmin donuz torpaqların təhvil verilməsinin əsl səbəblərini açıqlamaq istəməyərək, Bakının xarici şəraitin yaratdığı iştahanın cilovlanmasını öz siyasətinin müsbət nəticəsi kimi təqdim edir”.
Erməni ekspert onu da qeyd edib ki, Nikol həlim şəkildə torpaqları təhvil verir. “Çünki İlham Əliyev Araik Arutyunyanın müsahibəsini ictimailəşdirə bilər. Azərbaycan bu addımı atarsa, Qarabağın satılmasının təfərrüatlarını tam açıqlanmış olacaq”.