Dünya

Dünya xəritəsi yenidən hazırlanır

2100-cü ilə qədər temperaturun və yağıntıların tədricən dəyişməsi səbəbindən Yer kürəsinin 50%-də iqlim əhəmiyyətli dərəcədə dəyişə bilər.

Jamaz.info xəbər verir ki, bu barədə Virciniya Universitetinin tədqiqatında deyilir.

Alimlərin fikrincə, iqlim dəyişikliyi o qədər ciddi olacaq ki, 1880-ci illərdə yaradılmış xəritələr yenidən hazırlanmalı olacaq.

Paul Diermeierin rəhbərlik etdiyi tədqiqatçılar qrupu yazıb: “Əsrin sonuna qədər dünya quru kütləsinin 38-50 faizinin bugünkündən fərqli iqlim zonasında olacağı proqnozlaşdırılır”.

Alimlər qeyd edirlər ki, bəşəriyyət yaxın gələcəkdə atmosferə atılan tullantıları azaltmasa, qlobal istiləşmənin tempi daha da sürətlənəcək.

Tədqiqatçılar 2100-cü ilə qədər tropik iqlimlərin Yer kürəsinin quru ərazisinin 23%-dən 25%-nə qədər yayılacağını gözləyirlər. Yer səthinin çox hissəsi quraqlaşacaq.

Digər tədqiqatlar göstərir ki, bu cür dəyişikliklər qida istehsal sistemlərini sarsıda bilər və ağcaqanadlarla yoluxan xəstəlikləri yeni ərazilərə yaya bilər.

Ən böyük iqlim dəyişiklikləri Avropa və Şimali Amerikanın soyuq zonalarında gözlənilir. Avropanın 89%-ə qədəri və Şimali Amerikanın təxminən 66%-i 2100-cü ilə qədər başqa iqlim zonasına keçə bilər.

Ən dramatik dəyişikliklər 1901-1930-cu illər arasında planetimizin quru ərazisinin demək olar ki, 8%-ni əhatə edən qütb zonasında baş verəcək. Hazırda o, artıq 6,5%-ə qədər azalıb.

Diermeyer və onun həmkarları yazır: “XX əsrin əvvəllərindən bəri Yer artıq öz ərazisinin 14,77%-nin iqlim təsnifatında dəyişikliklərə məruz qalıb və ən böyük dəyişikliklər Şimali Amerika, Avropa və Okeaniyada müşahidə olunub”.

Bu nəticə o zaman mövcud olan iqlim modellərindən istifadə etməklə 2015-ci ildə edilən ilkin hesablamalara əsaslanır. Onlar göstərdilər ki, 2010-cu ilə qədər Yer kürəsinin ümumi sahəsinin təxminən 5,7%-i 1950-ci illə müqayisədə daha isti və daha quru iqlim tiplərinə doğru dəyişib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button