Dünya

“Dedilər ki, rusları öldürün”

“Rusiya müharibəyə başlayanda biz Qərbdən silah tələb edərkən bizdən rusları öldürməyimizi istədilər”.

Jamaz.info xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O, bildirib ki, müharibə bitməyib və davam edəcək.

ABŞ Xarici Əlaqələr Şurasının və Atlantik Şurasının nəşri olan “Foreign Affairs” jurnalına açıqlama verən Reznikov qeyd edib ki, müharibənin əvvəlində Qərb dövlətləri silah yardımı təklif etmək əvəzinə rusları öldürməyə çağırıblar.

Qərblilərin anti-Rusiya isterikasının əksi olan bu açıqlama həm də Ukraynanın müharibədəki rolunu ortaya qoyur.

“Biz Qərb ölkələrindən ABŞ istehsalı olan “Stinger” raket sistemlərini istədikdə cavab olaraq: “Xeyr, səngərlər qazın və mümkün qədər çox rus öldürün” dedilər”, – deyə nazir bildirib.

Reznikovun sözlərinə görə, Qərb müharibəni Ukraynanın xeyrinə bitirməyə yox, onu davam etdirməyə çalışır.

“ABŞ prezidenti Co Baydenin Rusiyada “rejim dəyişikliyi” ehtiyacı ilə bağlı açıqlamaları da Qərb ölkələrinin Ukraynadakı məqsədinin yıxılma müharibəsi apararaq Putin administrasiyasını devirməkdən ibarətdir”.

O, etiraf edib ki, Qərb siyasətçiləri Ukraynanın qələbə qazanmasını qeyri-mümkün hesab edirlər.

“Amma Ukrayna ordusu ayağa qalxıb döyüşməyə davam etdikcə ABŞ, Avropa ölkələri və Ukraynanın digər dostları getdikcə daha çox silah tədarük etməyə başladı. İnanırıq ki, F-16 qırıcılarını da alacağıq”, – deyə nazir fikrini yekunlaşdırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button