Dünya
Danimarka Gürcüstana yarım milyonluq hədiyyə göndərdi
Danimarka Gürcüstana meşə yanğınları ilə mübarizə üçün yarım milyon avro dəyərində avadanlıq dəsti hədiyyə edib.
Jamaz.info xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi ölkəyə Danimarkadan bir sıra xüsusi texnika, xüsusən də güclü su nasosları, 10 tonluq çənlər, zəncir və digər avadanlıqlar gətirildiyini bildirib.
Qeyd edək ki, yardımın ümumi dəyəri 500 min avrodur.