Dünya

Conson Putinin onu təhdid etdiyini boynuna aldı

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson ötən ilin fevralında Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş telefon danışığının detallarını açıqlayıb.

Jamaz.info “Unian”a istinadən xəbər verir ki, Conson Putinin onu təhdid etdiyini xatırlayıb.

Onun sözlərinə görə, telefon danışığı zamanı Putinə müharibənin böyük faciələrə yol açacağını, sanksiyaların genişlənəcəyini və NATO qoşunlarının Rusiya sərhədlərinə daha da yaxınlaşacağına rəvac verəcəyini söyləyib.

“Söhbətin hansısa hissəsində o məni təhdid edərək dedi: “Boris, mən səni incitmək istəmirəm, amma raketlərlə bu, bir neçə dəqiqə çəkə bilər”. Təxminən belə bir şey”, – deyə Conson bəyan edib.

Qeyd edək ki, Rusiya ötən ilin 24 fevral tarixində Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button