Dünya

CHP-də böhran: Kılıçdaroğlunun istefası tələb olunur

Türkiyədəki seçkilərdən sonra Cümhuriyyət Xalq Partiyasında böhran dərinləşir.
Jamaz.info “Sabah”a istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun başlatdığı dəyişim kampaniyasına Cümhuriyyət Xalq Partiyasından önəmli şəxslər qoşulub.
Belə ki, CHP-də Kamal Kılıçdaroğluna yaxın olan Kamal Anadol onu açıq şəkildə istefaya çağırıb. O bildirib ki, Kılıçdaroğlu 13 ildə 12 seçkidə məğlub olub. Heç bir müasir, demokratik ölkədə seçkiləru uduzan və kreslosunu qoruyub saxlayan ikinci ana müxalifət lideri yoxdur:
“Cənab Kılıçdaroğlunun istefasını istəmək ona qarşı təhqir kimi başa düşülməməlidir. Müasir dünyada seçkidə uduzan liderin getməsi sivilizasiyanın, demokratiyanın, gözəl əxlaqın və ən əsası məsuliyyətin əlamətidir. Buna zidd bir təcrübə antidemokratik bir davranış nümayiş etdirmək və ictimaiyyətdə mənfi təsir yaratmaqdır”.
CHP-nın idarə heyətinin keçmiş üzvü Bülent Tezcan isə bir müddət əvvəl “Kamal Kılıçdaroğlunun yeni dönəmdə namizəd olmayacam deməsi gözləyirəm” deyib.
Qeyd edək ki, seçkinin nəticələrindən sonra Kamal Kılıçdaroğlu “mən buradayam”, “gəmi də mənəm, kapitan da” deyərək Əkrəm İmamoğlunun dəyişiklik çağırışına məhəl qoymamışdı. Buna görə həm seçicilərdən, həm də partiya üzvlərindən böyük təpgi gəlmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button