Dünya
Cənubi Koreya Rusiyaya ixracı məhdudlaşdırdı
Cənubi Koreya Rusiyaya ixracı üçün xüsusi icazə tələb olunan malların siyahısını 57-dən 798-ə qədər genişləndirib.
Jamaz.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumətin qərarı qüvvəyə minib.
Ölkə hökuməti bu cür tədbirləri idxalçı ölkələrin malların silah istehsalı və hərbi məqsədlər üçün istifadə etməsi ehtimalının yüksək olması ilə izah edib.