
Dünya
Cənubi Koreya icazə verdi – Polşa onları Ukraynaya göndərəcək
Seul Polşaya Cənubi Koreyada istehsal olunan haubitsaları Ukraynaya ötürməyə icazə verib.
Jamaz.info “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Təchizatları Proqramı Administrasiyası (DAPA) bəyanat yayıb.
“Biz Polşaya ixrac lisenziyası vermək qərarına gəldik”, – DAPA-nın sözüçüsü Hyun-çul deyib.