
Dünya
Bu, tezliklə Avropanı parçalayacaq – Kəşfiyyatçıdan xəbərdarlıq
“Ukraynadakı münaqişə tezliklə bitməsə, bu, Avropanı parçalayacaq”.
Jamaz.info xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının təqaüddə olan zabiti Rebekka Koffler “Fox News”-da deyib.
Onun sözlərinə görə, Pentaqonun nə qələbə qazanmaq, nə də münaqişədən çıxmaq strategiyası var.
O qeyd edib ki, Ukrayna böhranı ABŞ hökumətinin gələcək üçün planlar qura bilmədiyini üzə çıxarıb.
Bundan əvvəl Koffler bildirmişdi ki, Birləşmiş Ştatlar Ukraynaya tədarüklə bağlı silah çatışmazlığı səbəbindən “əsl böhran” içərisindədir.