
Dünya
Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Almaniyanın Şimali Reyn-Vestfaliya əyaləti enerji böhranı fonunda fövqəladə maliyyə vəziyyəti elan olunub.
Jamaz.info xəbər verir ki, bu barədə Westdeutscher Rundfunk ictimai yayımı məlumat yayıb.
“Region hökuməti 5 milyard avronun köməyi ilə enerji böhranı ilə mübarizə aparmaq istəyir və üzərinə yeni borc öhdəlikləri götürməyə məcburdur”, – mesajda deyilir.
“Şimali Reyn-Vestfaliya enerji qiymətlərinin yüksəlməsindən xüsusilə təsirlənir, çünki Reyn və Ruh enerji tutumlu sənaye sahələri ilə xüsusilə zəngindir”, – deyə hesabat müəllifləri qeyd edirlər.