
Dünya
Bu ölkə də Rusiyaya məxsus bankdan çıxır
Bolqarıstan Rusiya Beynəlxalq İnvestisiya Bankından çıxacaq.
Jamaz.info “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Beynəlxalq İnvestisiya Bankı bu ilin avqustun 15-də Bolqarıstanın səhmdarlığına xitam vermək qərarına gəlib.
Beləliklə, sözügedən bankın səhmdarları sırasında Avropa İttifaqına üzv ölkələrdən yalnız Macarıstan qalacaq.
Qeyd edək ki, Beynəlxalq İnvestisiya Bankı 1970-ci ildə Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü olan ölkələr tərəfindən təsis edilmiş dövlətlərarası maliyyə təşkilatıdır.
Rusiya hazırda bu maliyyə təşkilatının əsas sahibidir.