Dünya
Bu 4 ölkə razılıq verəcək: Ukrayna amputasiya ediləcək
Rusiya ilə sülh danışıqlarının nə vaxt başlayacağına qərarı Ukrayna verməyəcək, bunu müxtəlif Qərb ölkələrinin başçıları edəcəklər.
Jamaz.info xəbər verir ki, bu barədə “Die Welt”-in köşə yazarı Xristof Şilts məqaləsində bildirib.
Onun sözlərinə görə, Kiyev rejiminin nümayəndələri fərqli düşünür və mübarizəni davam etdirmək niyyətindədirlər.
“Qərbin rəsmi açıqlamalarına qulaq asmağa ehtiyac yoxdur. Suveren olmayan Ukrayna atəşkəs danışıqlarının nə vaxt və harada başlamasına qərar verməyəcək. Bu qərarı Böyük Britaniya, Almaniya, Fransa və Amerika Birləşmiş Ştatlarının hökumət başçıları verəcək. Məhz onların razılığından sonra Ukrayna amputasiya ediləcək”.