BMT bu məsələ ilə bağlı təcili toplaşır
BMT İsveçdə Quranın yandırılması ilə bağlı təcili iclas keçirəcək.
Jamaz.info xəbər verir ki, Pakistanın tələbi ilə BMT-nin İnsan Hüquqları Şurası İsveçdə məsciddə Quranın yandırılması ilə bağlı təcili iclas keçirəcək. Bu barədə “Reuters” məlumat yayıb.
Sözügedən iclasın həftəsonu keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, iyunun 28-də Stokholmun mərkəzindəki Medborgarplatsen meydanında 37 yaşlı iraqlı qaçqın Salvan Momika Quranın nüsxəsini yandırmaqla aksiya keçirib. Bu hadisə dünyanın bir sıra müsəlman icmalarını və xüsusən də İraq hakimiyyətini qəzəbləndirib. Bundan sonra Bağdad sakinləri İsveç səfirliyinə hücum ediblər. 100-ə yaxın adam səfirliyin qapısını sındıraraq içəriyə daxil olub. Onlar səfirin ölkədən çıxarılmasını tələb edib.
Avropa İttifaqı Qurana qarşı təşkil edilən bu cür alçaldıcı addımları qəbuledilməz hal kimi dəyərləndirib.(publika)