
Dünya
“Bayraktar” yenidən Donbas səmalarında: Separatçıların mövqeləri dağıdıldı-VİDEO
25 Noyabr, 2021
202
Sosial mediada Ukrayna Silahlı Qüvvələrinin Donbasda qarşı tərəfin mövqelərinə PUA-dan zərbə endirməsi ilə bağlı videolar yayılıb.
Məlumatı noyabrın 25-də UNIAN agentliyi yayıb.
Agentliyin məlumatına görə, video rəqibin mövqeyini dəqiq hədəf alan drondan çəkilib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı Türkiyə istehsalı ola “Bayraktar”-ın və Amerikanın “”Javelin raket komplekslərinin istifadəsində yeni taktika ərsəyə gətirdiklərini açıqlamışdı. Oktyabrın 26-da Ukrayna Donbass regionunda ilk dəfə “Bayraktar”-dan istifadə etmişdi. Zərbələr nəticəsinə ölən və yaralananlar barədə açıqlama verilməyib.
25 Noyabr, 2021
202