Dünya

Bayden: “İrana nüvə silahı əldə etməyə imkan verməməliyik”

ABŞ prezidenti Co Bayden BMT-nin tribunasından bəyan edib ki, Tehranın nüvə proqramı dinc xarakterli deyil. JAMAZ.İNFO xəbər verir ki, o, çıxışında deyib ki, İrana qarşı çıxmalıdırlar.

“Biz birlikdə əmin olmalıyıq ki, İran heç vaxt və heç vaxt nüvə silahı əldə etməyəcək. Biz İrana qarşı durmalıyıq”  deyə ABŞ prezidenti qeyd edib.

Bu əsnada “Wall Street Journal” da İran-ABŞ nüvə danışıqlarının perspektivi barədə yazıb. Nəşr qeyd edib ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl İran və Qərb arasında sanksiyaların aradan qaldırılması və nüvə sazişi üzrə danışıqların baş tutacağı ehtimalı azdır. “ABŞ seçkilərinə qədər sanksiyalarla bağlı ciddi danışıqların faktiki olaraq heç bir perspektivi yoxdur və diplomatik irəliləyişlər mümkün deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button