Dünya

Bayden F-16-ların Türkiyəyə satılmasını dəstəkləyir

ABŞ Prezidenti Co Bayden F-16 qırıcılarının Türkiyəyə satılmasını dəstəkləyir.

Jamaz.info xəbər verir ki, bunu Türkiyəyə səfər edən ABŞ dövlət katibi Entoni Blinken NTV kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyəyə döyüş təyyarələrinin verilməsi həm NATO, həm də ABŞ üçün vacibdir.

“Konqresdə narazılıqlar var, biz Konqres liderləri ilə sıx təmasdayıq və bunun vacibliyini vurğulayırıq. F-16-ların gecikdirilməsinin nə İsveçlə Finlandiyanın NATO-ya üzvlüyü ilə, nə də Türkiyədəki seçkilərlə əlaqəsi var. Konqres liderlərinin bəzi narahatlıqları var və onların narahatlıqlarının aradan qaldırılması vacibdir”, – deyə Blinken bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button