
Dünya
Avropada genişmiqyaslı hərbi təlim başladı
Finlandiya, İsveç və Norveçdə genişmiqyaslı hərbi təlim başlayıb.
Jamaz.info xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” portalı məlumat yayıb.
“Arctic Challenge Exercise 23” adlı hərbi hava təlimlərində 3 min hərbçi və 150 təyyarə iştirak edəcək.
Təlimlərdə Danimarka, Niderland, Belçika, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Almaniya, İsveçrə, Çexiya və ABŞ hərbçilərinin də iştirakı nəzərdə tutulur. Manevrlər iki həftə davam edəcək və iyunun 9-da başa çatacaq.