Dünya

Avropa Birliyi də Türkiyəyə xilasedicilər göndərdi

Yanvarın 6-da səhər tezdən Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Avropa Birliyi Türkiyəyə xilasedicilər qrupu göndərib.
Jamaz.info xəbər verir ki, bu barədə Böhranların idarə edilməsi üzrə Avropa komissarı Janez Lenarçiç bildirib.
“Bu səhər Türkiyədə baş verən zəlzələdən sonra biz Avropa İttifaqının mülki müdafiə mexanizmini işə saldıq. Avropa İttifaqının Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi Avropadan xilasetmə qruplarının göndərilməsini koordinasiya edir. Niderland və Rumıniya komandaları artıq yoldadır”, – deyə Janez Lenarçiç bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button