Dünya

ATƏT seçkilərin demokratik keçdiyini açıqladı, Koçaryansa nəticələri tanımadığını bəyan edib

Ermənistanda keçirilən son parlament seçkilərində məğlub olan Robert Koçaryan və rəhbərlik etdiyi “Haystan” bloku seçkinin nəticələrini tanımadıqlarını bəyan ediblər. JAMAZ.İNFO xəbər verir ki, Koçaryan bununla bağlı verdiyi bəyanatında bildirib ki, seçkilər total şəkildə saxtalaşdırılıb və onun nəticələrini tanımamaq haqqında Ermənistan MSK-ya müraciət ediblər.

Bundan başqa, o, məsələni Konstitusiya Məhkəməsinə şikayət edəcəyini də bildirib.

Seçkilərdə üçüncü yerdə qərarlaşmış “Şərəf Duyuram” blokundan olan bir neçə nəfər isə əldə etdikləri mandatdan imtina etmək fikrində olduqlarını açıqlayıblar. Onlar da seçkinin saxtalaşdırıldığını iddia ediblər.

Bu əsnada, Ermənistandakı parlament seçkilərini müşahidə edən ATƏT-in Müşahidə Missiyası hesabatını açıqlayaraq, bildirib ki, seçkilər bəzi texniki çatışmazlıqlara rəğmən, demokratik keçirilib.

JAMAZ.İNFO xəbər verir ki, prosesləri diqqətlə izləyən Rusiya hələlik nəticələrlə bağlı konkret mövqe sərgiləmir. Yalnız Putinin mətbuat katibi Dmitri Ppeskov erməni xalqını seçki münasibəti ilə təbrik edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button