Dünya

Almaniyadan tələb edilir: Onlar üçün viza sadələşdirilsin

Almaniyadakı türk əsilli deputatlar zəlzələdən sonra evsiz qalanların bir müddət Almaniyadakı qohum və yaxınlarının yanına gələ bilmələri üçün viza rejiminin sadələşdirilməsini tələb ediblər.

Jamaz.info xəbər verir ki, bu barədə Sosial Demokrat partiyasının millət vəkili Macit Karaahmetoğlu Almaniyanın “dpa” xəbər agentliyinə açıqlaması zamanı bildirib.

O qeyd edib ki, Almaniyada yaşayan bir çoxlarından qohumlarını da yanlarına gətirmək istədiyi haqqında müraciətlər daxil olur. Onun sözlərinə görə, ən qısa zamanda onlara köməklik göstərilməsi zəruridir.

M.Karaahmetoğlu deyib ki, bu məqamda hamı birlik və həmrəylik göstərməlidir. Müvəqqəti yaşamaq üçün viza prosedurları asanlaşdırılmalıdır: “Bunun üçün yeganə şərt odur ki, Almaniyadakı qohhumların, gələcək şəxsin yaşayış xərclərini öz üzərinə götürməlidir”.

Almaniya Xarici İşlər Nazirliyi dünən verdiyi açıqlamda bildirib ki, zəlzələdən sonra Türkiyə və Suriya vətəndaşları üçün viza müraciəti davam edir, lakin viza prosedurlarında xüsusi şərtlər və ağır humanitar vəziyyət də nəzərə alınır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button