Dünya
Aİ səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədi
Avropa İttifaqının səfirləri Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketinin təsdiqini iyunun 19-dək təxirə salıblar.
Jamaz.info xəbər verir ki, bu barədə TASS Avropa diplomatik dairələrindəki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəsinin sözlərinə görə, səfirlər yeni sanksiyalar paketinin müzakirəsində “irəli addımıar ata” biliblər, lakin hələ də yekunlaşdırılmalı olan məsələlər var. O qeyd edib ki, müzakirə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasına qayıdacaq.
Rusiyaya qarşı 11-ci sanksiya paketinin layihəsi artıq bir neçə dəfə Macarıstan və Yunanıstan tərəfindən bloklanıb. Onlar bəzi şirkətlərin Rusiya Federasiyasının Qərb sanksiyalarını dəf etmək istəklərini dəstəkləyənlər siyahısından çıxarılmasını tələb ediblər.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 11-ci sanksiyalar paketinin Qərbin məhdudiyyətlərini aradan qaldırmaq üçün Rusiya tərəfindən görülən tədbirlərlə mübarizəyə yönəldiləcəyini bildirmişdi.