Dünya

Ağ Ev Rusiyaya qarşı yeni sanksiya paketini rəsmən açıqladı: 200-dən çox…

Ağ Ev ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını rəsmən elan edib.

Jamaz.info “mk.ru”ya istinadən xəbər verir ki, Ağ Ev rəsmi olaraq ABŞ və G7 ölkələrinin Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Açıqlamada bildirilir ki, sanksiyalar Rusiya və üçüncü ölkələrdən olan 200-dən çox fiziki və hüquqi şəxsi əhatə edəcək.

Sanksiyaların Rusiyanın enerji sektoruna mövcud istehsala və bazara zərər verməyəcək şəkildə təsir edəcəyi deyilir.

Bundan əlavə, Rusiyanın 100-dən çox növ metal, mineral və kimya məhsulları üzrə rüsumlar artırılacaq.

Qeyd olunur ki, G7 ölkələri Ukraynadakı münaqişə həll olunana qədər Rusiyanın aktivlərini dondurulmuş vəziyyətdə saxlayacaq.

Eyni zamanda, Ağ Ev martın əvvəlində Ukraynaya enerji sektoru üçün avadanlıqlarla bağlı yeni yardım paketinin köçürüldüyünü elan edib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button