
Dünya
ABŞ İranın kəşfiyyat PUA-sını məhv etdi
ABŞ ordusu Suriyada ölkənin şimal-şərqindəki hərbi bazasında kəşfiyyat aparmağa cəhd etdiyi iddia edilən İran istehsalı olan pilotsuz təyyarəni vurub.
Jamaz.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Fevralın 14-də, yerli vaxtla təxminən 14:30-da ABŞ qüvvələri Suriyanın şimal-şərqində neft bazası olan “Mission Support Site Conoco”da kəşfiyyat aparmağa çalışan İran istehsalı olan PUA-nı məhv etdi” – “CENTCOM”-un “Twitter” hesabında bildirilib.