Dünya

ABŞ-dan Gürcüstana irad: “Vaxtı deyildi…”

ABŞ Dövlət Departamenti Gürcüstanla Rusiya arasında hava əlaqəsinin bərpasından narahatlığını bildirib.

Jamaz.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib.

“Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar olarsa, bu, getdikcə daha çox narahatlıq yaradacaq – təkcə ABŞ və digər Qərb ölkələri üçün deyil, həm də Gürcüstan hava limanlarında fəaliyyət göstərə bilən şirkətlər üçün… Bütün Qərb ictimaiyyəti Rusiya Federasiyasından uzaqlaşıb və biz hesab edirik ki, indi Rusiya ilə əməkdaşlığı gücləndirməyin vaxtı deyil”- Patel deyib.

Dövlət Departamentinin sözçüsü ABŞ-ın bununla bağlı narahatlığını açıq şəkildə ifadə etdiyini bildirib.

“Buna görə də biz vəziyyəti yaxından izləməyə davam edəcəyik və lazım gələrsə, əlavə tədbirlər görəcəyik”, – Patel əlavə edib.

Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib, eyni zamanda, “Qavrilov gecəsi” kimi tanınan hadisələrdən sonra Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına 2019-cu ildən tətbiq edilən qadağanı ləğv edib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button