Abovyan: “Ermənistan sərbəst qərar verə bilən ölkə deyil”
“Ermənistan hakimiyyəti müstəqil qərar verə bilmir. 3+3 formatında Türkiydə keçiriləcək görüşə İrəvanın qatılıb, qatılmaması da bunu təsdiqləyir. Çünki onlar böyüklərindən “dobro” gözləyirlər”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər Keçmiş deputat Armen Abovyana məxsusdur.
O bildirib ki, özü “3+3” formatına ehtiyatla yanaşır. “Çünki hər platformada Türkiyə və Azərbaycanla bəzi eksperimentlər etmək məntiqli deyil”.
Abovyan İranın bölgədə son mövqeyindən də bəhs edib. O bildirib ki, İran regionu böyük müharibədən uzaqlaşdırmağa çalışır. “Çünki gözəl anlayır ki, Azərbaycanın Ermənistana hücumu və ya erməni subyektivliyinin Qərb vektoruna keçməsi istər-istəməz ölkənin parçalanmasına gətirib çıxaracaq. Bu isə İranın milli maraqlarına təhdid olan Ermənistan deməkdir”.