Dünya

3 ölkənin XİN başçısı Donbas və Luqanska gəliblər

Donbas və Luqansk ətrafında vəziyyətr getdikcə gərginləşir. JAMAZ.İNFO xəbər verir ki, dünəndən etibarən təmas xəttində atəşkəs rejimi intensiv şəkildə pozulmağa başlayıb.

Donbas separatçıları açıqlama veriblər ki, Ukrayna ordusunun açdığı atəş nəticəsində bir “milis” öldürülüb. Bundan başqa, Ukrayna hərbçiləri Luqansk və Donbas istiqamətlərində manevrlər etməyə başlayıblar. Aktiv hücum halları müşahidə edilməsə də, gedişatın daha da gərginləşdiyi müşahidə olunur.

Bu əsnada, Rusiyanın Belarusiya-Ukrayna sərhəddinə yığdığı ordunun görüntüləri üzə çıxıb. AFP agentliyinin yaydığı fotolardan məlum olub ki, Kreml Kiyevə hücum üçün Belarusiya sərhəddinə 30 min qoşun yerləşdirib. Həmin qoşun isə Su-35 və Su -37 təyyarələri, reaktiv artilleriya qurğuları və hərbi texnika ilə gücləndirilib.

JAMAZ.İNFO xəbər verir ki, Ukrayna Xarici İşlər Naziri az öncə məlumat yayıb ki, Çexiya, Slovakiya cə Avstriyanın XİN başçıları bu gün Donbas və Luqanskiyə gəliblər. Belə ki, onlar Ukrayna ordusunun nəzarətində olan bölgədə müşahidələr aparıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button