Dünya

27 ölkə Rusiyaya təzyiqləri artırır

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin lideri Rusiyaya təzyiqləri daha da artırmaq üçün tədbirləri müzakirə ediblər.

Jamaz.info Aİ sammitinin bəyanatına istinadən xəbər verir ki, Avropa Şurası Rusiyanın təcavüzkar müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün ona qarşı təzyiqləri daha da artırmağı, o cümlədən sanksiyaların tətbiqi, onların tam, effektiv şəkildə həyata keçirilməsi və sanksiyalardan yayınmaların qarşısını almaq səylərini müzakirə edib.

“Bu kontekstdə Aİ liderləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qəbulunu alqışlayırlar. Avropa Şurası qanunvericiləri Aİ-nin məhdudlaşdırıcı tədbirlərinin pozulmasına görə cəzaların və cərimələrin tətbiqi üzrə təklif olunan direktivi mümkün qədər tez yekunlaşdırmağa çağırır”, – Aİ-nin bəyanatında vurğulanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button