
Dünya
Ərdoğan sabah mühüm toplantı keçirəcək – Nələr müzakirə olunacaq?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Milli Risk Qalxanı Modeli ilə bağlı toplantı keçirəcək.
Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu mözvuda Ərdoğanın sədrliyi ilə keçiriləcək ilk toplantı İstanbulda baş tutacaq.
Əsas gündəm mövzusunun zəlzələ və şəhərlərin təbii fəlakətlərə qarşı daha hazırlıqlı və dayanıqlı hala gətirilməsi olacağı qeyd olunub.
Xatırladaq ki, Türkiyədə Milli Risk Qalxanı Modeli qurulacağı dünən elan edilib.(modern)