Dünya
Ərdoğan onunla bağlı qapılar arxasında görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani ilə danışıqlar aparıb.
Jamaz.info xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” öz mənbələrinə istinadən məlumat yayıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzanini qəbul edib. Görüş Ankarada Türkiyə Fövqəladə Hallar İdarəsinin (AFAD) baş qərargahında baş tutub. Danışıqlar bağlı qapılar arxasında keçirilib”, – məlumatda deyilir.
Danışıqların gündəliyi barədə heç nə açıqlanmayıb.
Bundan əvvəl Ərdoğan və Bərzani ticarət, iqtisadi və enerji sektorlarında əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bəyan ediblər.(publika)