Dünya
Ərdoğan bu gün and içəcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.
Jamaz.info-nun məlumatına görə, bir çox xarici ölkə liderlərinin də qatılacağı mərasim Türkiyə Böyük Millət Məclisində baş tutacaq.
Ərdoğan əvvəlcə TBMM-in müvəqqəti sədri Dövlət Baxçalıdan mandatını alacaq, daha sonra and içəcək.
Bununla da mayın 28-də keçirilən seçkilərdə yenidən dövlət başçısı seçilən Rəcəb Tayyib Ərdoğan üçün 2028-ci ilə qədər davam edəcək növbəti prezidentlik müddəti rəsmi şəkildə başlayacaq.