Cəmiyyət
Vəziyyəti ağırlaşan tanınmış alimlə bağlı Prezidentə müraciət edildi
I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimlinin səhhətində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın bir qurup tanınmış ictimia-siyası şəxsləri Prezident İlham Əliyevə müraciət ünvanlayıb. JAMAZ.İNFO xəbər verir ki, müraciətdə Azərbaycanın tarixçi alimi Dilavər Əzimlinin səhhətinin normala qayıtması və COVİD-19 xəstəliyindən müalicə olunması üçün səlahiyyətli dövlət qurumlarına müvafiq göstəriş verilməsini xahiş edilib.