Cəmiyyət

“Unilever” şirkətindən müştəriyə qarşı kobudluq

“Bir neçə ay öncə “Unilever” brendinin Azərbaycandakı özbaşınalığını media vasitəsilə ictiməiləşdirib, həm də brenddən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həmdə Azad İstehlakçılar Birliyinə şikayət etmişdim”. Bunu İlkin Məmmədkərimov JAMAZ.İNFO-ya göndərdiyi müraciətində qeyd edib.

O bildirib ki, indiyədək ona yalnız İqtisadiyyat Nazirliyindən icracı zəng edərək, “Unilever”in ünvanını və əlaqə nömrəsini soruşub. “Həmin məlumatları, o cümlədən”Unilever”in Bakı ofisinin ünvanını və brendin işçisi Aydın Əhmədovun e-mailini vermişdim. Bir müddət bundan əvvəl İqtisadiyyat Nazirliyindən icracı zəng edib bildirdi ki, şikayətinizlə əlaqədar Unilever-ə sorğu göndərmişik. Cavab versinlər sizə cavab verəcəyik və indiyədək cavab verilmir”.

Məmmədkərimov qeyd edir ki, bir neçə gün bundan əvvəl şikayətini sosial şəbəkələrdə yayaraq, oraya brendin işçisi Aydın Əhmədovun da adını taq edib. “O, nəinki problemə aydınlıq gətirmədi, üstəlik, şikayətə ironiyalı cavab verdi. Mənim sonadək gedəcəyimi bildikdən sonra tərbiyəsizcəsinə “Çox gözləyərsən, əlinindən gələni ardına qoyma” deyərək cavabını verdi”.

Şikayətçi bildirir ki, belə şeylər “Unilever” əməkdaşlarına xas olan davranışdır. “İstehlakçı hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə “Unilever” kimi şirkətlər nəyinki misli görünməmiş özbaşınalıq, müştəriyə qarşı adi bir kobudluq belə edə bilməzlər”.

İlkin Məmmədkərimov İqtisadiyyat Nazirliyinə müraciət edərək, hüquqularının qorunmasını istəyib.

Qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button