
Cəmiyyət
Tanınmış vəkilə ağır itki
Tanınmış vəkil Aqil Layıca ağır itki üz verib.
JAMAZ.info xəbər verir ki, vəkilin anası dünyasını dəyişib.
Aqil Layıc çox çarəsiz olduğunu bildirib:
“Həyata anamın qollarında gələndə mən ağlamışdım, anam isə sevinirdi, çünki həyat bəxş edirdi mənə. Bu gün anam mənim qollarımda idi, mən ağlayırdım, o, isə susqun idi. Bağışla gözümün nuru anam, mən səndən fərqli olaraq sənə həyat verə bilmədim. Sən qollarında mənə nəfəs verərkən, mən isə sənin nəfəsinin yox olmasını acılar içində seyr etdim. Heç nə kömək ola bilmədi. Çox çarəsizəm. Bu gündən yetiməm”.