Cəmiyyət
Tərtərdə sursat partladı: Yaralanan var
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı yaralanıb.
Jamaz.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.