
Cəmiyyət
Təhsil Nazirliyi 205 nömrəli məktəblə bağlı söz verdi – Valideynlər narahatdır
Bakıda 205 nömrəli məktəbə istilik sistemlərinin verilməməsi ilə əlaqədar bir qrup valideyn müraciət edib.
Bu barədə Qaynarinfo-ya sözügedən məktəbdə təhsil alan bir qrup şagirdin valideynlərinin redaksiyamıza ünvanladığı məktubda bildirilib:
Hörmətli redaksiya! Biz övladlarımızın qışın bu oğlan çağında, müxtəlif xəstəliklərin çoxaldığı soyuq günlərdə xəstəliklərə düçar olacağına görə narahatlıq keçiririk. Ona görə də bir daha sizdən xahiş edirik ki, bu problemin çözülməsində bizə yardımçı olasınız”.
Bəs problemlə əlaqədar Təhsil Nazirliyi nə deyir? Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bildirib ki, problem yaxın günlərdə öz həllini tapacaq:
“Biz bununla bağlı Bakı Təhsil İdarəsi ilə də danışıqlar aparmışıq. Yaxın günlərdə problem həll olunmalıdır”.