Cəmiyyət
Şöbə müdiri qanunları saymır? – Nefçala rayon Mərkəzi Xəstəxanası ilə bağlı ilginc iddialar
Neftçala rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahiyə şöbəsinin müdiri Xəlil Bağırov qanunlara riayət etmir.
Bu barədə Jamaz.info-ya müraciət edən Neftçala sakinləri iddia edir ki, məhz onun şöbəsində icbari tibbi sığorta sistemindən yararlana bilmir.
“Xəlil Bağırov icbari tibbi sığorta ilə gələn xəstələri də öz qaydaları ilə əməliyyat edir. Qanunları tanımaq istəmir”, – sakinlər bildirib.
Sakinlər bildirir ki, Xəlil Bağırov 30 ildir rayon xəstəxanasında şöbə müdiridir: “Şöbəni şəxsi təsərrüaftına çevirib. Hər əməliyyatın öz qiyməti var. Neftçala kasıb rayondur. Amma bu Xəlil Bağırovu maraqlandırmır.
2020-ci ildə Dövlət Təhlükəsizlik Xidməti Neftçalada xüsusi əməliyyat keçirəndə xəsətəxanaın baş həkimi Telman Zahidov da həbs edilmişdi. O zaman rayon sakinləri Xəlil Bağırovun da həbs ediləcəyini gözləyirdi. Amma hansısa formada məsuliyyətdən qaça bildi”.
Sakinlər bildirib ki, onun fəaliyyəti ilə əlaqədar yuxarı instansiyalara da müraciət etmək niyyətindədirlər. Sakinlərin iddiası ilə bağlı Xəlil Bağırovun mövqeyini öyrənmək mümkün olmayıb. Neftçala Rayon Mərkəzi Xəstəxanasından zənglərimizə cavab verən olmadı.
Daxil et
Göndərdiniz
Fatoş